...

"Bank Technique" kapitallaşmanı artırır: "Müflisləşmədən danışmaq cəfəngiyyatdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Azad Həsənli/

"Bank Technique" ASC-nin rəhbərliyi 8 milyon manatadək uzunmüddətli subordinasiya edilmiş kreditin cəlb edilməsi barədə qərar qəbul edib.

Bankdan Trend-ə deyiblər ki, iri həcmdə subordinasiya edilmiş kreditin cəlb edilməsi ölkədə son devalvasiya prosesləri fonunda bankın azalan kapitallaşmasının bərpası üzrə ilk mərhələdir.

Bankdan bildiriblər ki, səhmdarların qərarı nəinki mövcud rəqabət mövqelərini qorumağa imkan verəcək, həmçinin fəaliyyətin miqyasının genişləndirilməsinə kömək edəcək: "Belə ki, bank tezliklə bazarda distant bankçılığın innovasiya sistemini və unikal məhsul olan displey kartı təqdim etməyə hazırlaşır. Həmçinin özünəxidmət prinsipi üzrə işləyən texnoloji bölmələrin yaradılması üzrə konsepsiya hazırdır. Əvvəlki kimi bank inkişafını texnologiyalarda və internetdə görür".

Bankdan səhmdarların qərarına dair bəyanatla yanaşı, manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı bank bazarındakı vəziyyəti də şərh ediblər: "Bank rəhbərliyi etiraf edir ki, valyuta məzənnələrinin dəyişməsi ilə bağlı proseslər ilin yekunları üzrə bankın mənfəətinə təsir edə bilər, lakin bu, heç bir şəkildə müştərilərə təsir etməyəcək və üstəlik, müflisləşməni ehtimal etmək cəfəngiyyatdır. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bankın reytinqini "B-" səviyyəsində təsdiq edib. Bankın mövqeləri sabitdir, fevralın yekunları üzrə likvidlik əmsalı kimi vacib göstərici isə ümumiyyətlə, normativ tələbləri üstələyərək 59,37 faiz təşkil edib ki, bu da öz öhdəliklərinin icrasının lazımlığını təsdiq edir".

Eləcə də əmanətçilərin etibarını əks etdirən depozit portfelinin artımını da qeyd etmək lazımdır. Bankdan vurğulayıblar ki, hətta devalvasiya proseslərində də artım qeydə alınmışdı: "2015-ci il fevralın 20-də fiziki şəxslərin depozit portfeli 195,4 milyon manat təşkil edirdisə, martın 17-nə bu göstərici 11,87 faiz artımla müvafiq olaraq 218,6 milyon manata bərabərdir".

Bankdan deyiblər: "Şübhəsiz ki, depozit portfelinin həcminin artması əmanətlərin valyuta hissəsinin kəskin ucuzlaşması ilə şərtlənir, lakin hətta fevralın 20-nə olan məzənnəyə müvafiq olaraq kalkulyasiya zamanı bank portfelin 1,174 faiz artımını qeydə alıb. Bank əvvəlki kimi müştərilərinə qayğı göstərir və tezliklə "Sığortalı+" adlı yeni qarşılıqlı mənfəətli depozit məhsulunu tətbiq edəcək. Yeni məhsul müştərilərə yeni valyuta risklərinin öhdəsindən asan gəlməyə və vəsaitlərin gəlirliyinin artmasına kömək edəcək. Yeni planlar, məhsullar və xidmətlər irəliyə nikbinlə baxmağa və qarşıya yalnız iddialı vəzifələr qoymağa imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti