...

"Moody’s" Bank Technique-in reytinqlərini təsdiqlədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2015 17:38 (UTC +04:00)
“Moody’s Investors Service” beynəlxalq agentliyi tərəfindən “Bank Techhnique”in yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqi “Caa1” səviyyəsində, kredit ödəmə qabiliyyətinin baza səviyyəsi “Caa2” səviyyəsində dəyişilmədən təsdiqlənib.
"Moody’s" Bank Technique-in reytinqlərini təsdiqlədi

Azərbaycan, Bakı, 12 may /Trend/

"Moody's Investors Service" beynəlxalq agentliyi tərəfindən "Bank Techhnique"in yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqi "Caa1" səviyyəsində, kredit ödəmə qabiliyyətinin baza səviyyəsi "Caa2" səviyyəsində dəyişilmədən təsdiqlənib və Agentlik bu barədə öz saytında açıqlama verib.

Bankdan Trend-ə verilən məlumata görə, lakin bir sıra informasiya resursları bankın reytinqinin aşağı salındığı barədə yanlış və qərəzli məlumatlar yayıb.

Bununla bağlı, bank bildirir ki, "Bank Technique" Azərbaycan bazarında dünyada tanınmış iki reytinq agentliyi "Fitch" və "Moody`s" tərəfindən qiymətləndirilən azsaylı maliyyə təşkilatlardandır. Bank özünün fəaliyyəti tarixində hər iki nüfuzlu təşkilatın bu gün ən yüksək reytinq səviyyəsinə malikdir, hər iki agentlik son hesabatlarında "Bank Technique"in reytinqini təsdiqləyib və dəyişməz olaraq saxlayıb.

Digər banklarda olduğu kimi, son devalvasiya prosesləri kapitallaşmaya təsir edərək, həmin agentliklərin təsdiqlənmiş reytinqlər üzrə proqnozları mənfi qiymətləndirilsə də, "Bank Technique"in bu istiqamətdə müvafiq dövlət qurumları ilə birgə qabaqlayıcı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərarın qəbulu, bu göstəricinin əvvəlki səviyyəyə qaytarılması ilə nəticələnəcək.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti