...

"Bank Technique" yayılan qərəzli məlumatlarla bağlı qanun çərçivəsində addım atacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 16:41 (UTC +04:00)
“Bank Technique” qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir.
"Bank Technique" yayılan qərəzli məlumatlarla bağlı qanun çərçivəsində addım atacaq

Azərbaycan, Bakı, 26 may /Trend/

"Bank Technique" qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir.

Trend xəbər verir ki, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur: "Son günlər mətbuatda bir sıra informasiya resursları tərəfindən "Bank Technique" ASC barəsində yanlış və həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Bankın adı KİV nümayəndələri tərəfindən "kütləvi həbslər" və "kredit qalmaqalı" adlandırılan yazılarda qərəzli şəkildə hallanır və bununla bağlı bank rəsmi şəkildə birmənalı bəyan edir ki, yayılmış məlumatlar yalandır və bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib".

Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, KİV haqqında qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti