...

Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2015 16:52 (UTC +04:00)
Milli Məclisin deputatı Mixail Zabelin VI Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək üçün sentyabrın 29-da Rusiya Federasiyasının Yekaterinburq şəhərinə səfər edəcək.
Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Milli Məclisin deputatı Mixail Zabelin VI Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək üçün sentyabrın 29-da Rusiya Federasiyasının Yekaterinburq şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirə aidiyyəti nazirlik və dövlət idarələrinin nümayəndələri, biznes qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılacaqlar.

Yığıncaqda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Forum çərçivəsində müxtəlif mövzularda "dəyirmi masa"lar təşkil olunacaq.

Səfər sentyabrın 30-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti