Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Azad Həsənli/
"Bank Technique" ASC-nin rəhbərliyində dəyişikliklər olub.
Bankdan Trend-ə bildiriblər ki, dəyişikliklər çərçivəsində Müşahidə Şurasının sədri vəzifəsini tutmuş Rövşən İsmayılov bankı tərk edib.
Onun vəzifəsini tərk etməsi ilə bağlı ərizəsi bankın səhmdarlarının oktyabrın 16-da keçirilmiş iclasında təsdiq edilib.
Hazırda İdarə Heyətinin sədri və onun birinci müavini (Yaşar Səfərov bu vəzifəni yaxınlarda tərk edib) vəzifələri vakant qalır.
Ayaz Gərayzadə İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib. O, İdarə Heyəti sədrinin müavinidir.