Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Ənvər Məmmədov/
"AFB Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik olub. Bunu Trend-ə bankdan deyiblər.
Belə ki, Məmməd Cahangirov bankın Müşahidə Şurasının üzvü təyin edilib. O bu yaxınlarda dünyasını dəyişmiş Rövşən Həsənovun yerinə təyin edilib.
M.Cahangirov bu il aprelin 17-dək Azərbaycan Beynəlxalq Bankının "Sənaye" filialına rəhbərlik edib.