...

Samir Şərifov: Dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 17:47 (UTC +04:00)
Maliyyə Nazirliyi 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir.
Samir Şərifov: Dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə ediləcək

Bakı. Azad Həsənli - Trend:

Maliyyə Nazirliyi 2016-cı ildə dövlət əmlakının özəlləşdirilməsindən 100 milyon manat əldə etməyi gözləyir. Həmin vəsait büdcə kəsirinin qarşılanmasına ayrılacaq.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında deyib.

Bununla belə, nazir dövlət əmlakının özəlləşdirilməsindən daha böyük həcmdə vəsaitin cəlb edilməsi imkanını istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti