...

Bank VTB (Azərbaycan) müştərilərinə bayram günləri də xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2017 15:58 (UTC +04:00)
Bank VTB (Azərbaycan) Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir və bildirir ki, bankın bəzi filialları bayram günlərində də çalışacaq.
Bank VTB (Azərbaycan) müştərilərinə bayram günləri də xidmət göstərəcək

Bakı. Trend:

Bank VTB (Azərbaycan) Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir və bildirir ki, bankın bəzi filialları bayram günlərində də çalışacaq.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Ppalatasının bankların Novruz tətilində gücləndirilmiş iş rejiminə keçməsinə dair tövsiyəsinə əsasən, VTB (Azərbaycan)-ın iki mərkəzi filialı – “Gənclik” və “Sahil” filialları müştərilərə xidmət göstərməyə davam edəcək. Bu ofislər 18-26 mart tarixlərində saat 10.00-dan 20.00-dək işləyəcək.

Filiallar müştərilərə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək ki, bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, hesablar üzrə çıxarışların verilməsi, məsləhətlər üzrə bütün xidmətlər kompleksi daxildir.

Bankın “Sahil” filialı Bül-bül prospekti 7, “D” korpusu ünvanında, “Sahil” metro stansiyası yaxınlığında yerləşir. “Gənclik” filialı M.K. Atatürk prospekti 2 ünvanında, «Ganjlik Mall» TM ilə üzbəüz “Gənclik” metro stansiyası yaxınlığındadır.

Bundan başqa, müştərilər istənilən zaman VTB-nin (Azərbaycan) nağd vəsaitlərlə təchiz olunmuş bankomatlarından istifadə edə bilər.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti