...

"Made in Azerbaijan" qeyri-neft sektorunun 22 faiz artmasına səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2017 10:23 (UTC +04:00)
Neft məhsullarının ixracı zamanı xərclərin bir hissəsinin qaytarılması proqramı çərçivəsində Azərbaycan ixracatçılarına 1,3 milyon manat qaytarılıb.
"Made in Azerbaijan" qeyri-neft sektorunun 22 faiz artmasına səbəb olub

Bakı. Ənvər Məmmədov - Trend:

Neft məhsullarının ixracı zamanı xərclərin bir hissəsinin qaytarılması proqramı çərçivəsində bu ilin 6 ayı ərzində Azərbaycan ixracatçılarına 1,3 milyon manat qaytarılıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Ticarətə hazır ol" layihəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, ixracın təşviqi və "Made in Azerbaijan" brendinin tanıdılması qeyri-neft sektorunun 22 faiz artmasına səbəb olub: "Ümumilikdə isə ixrac 44 faiz artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti