...

VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2017 12:58 (UTC +04:00)
VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.
VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Bakı. Trend:

Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu təşkil olunacaq.

AZPROMO-dan Trend-ə verilən məlumata görə, VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.

Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti