...

Azərbaycan, Ukrayna, İran, Gürcüstan və Polşa "Cənub-Qərb" marşrutu çərçivəsində əməkdaşlığı davam etdirməyə razılaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2017 19:35 (UTC +04:00)
Azərbaycan, Ukrayna, İran, Gürcüstan və Polşa dəmir yollarının rəhbərləri "Cənub-Qərb" beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclasının protokolunu imzalayıblar.
Azərbaycan, Ukrayna, İran, Gürcüstan və Polşa "Cənub-Qərb" marşrutu çərçivəsində əməkdaşlığı davam etdirməyə razılaşıblar

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan, Ukrayna, İran, Gürcüstan və Polşa dəmir yollarının rəhbərləri "Cənub-Qərb" beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclasının protokolunu imzalayıblar.

Trend xəbər verir ki, bu barədə "Ukrayna Dəmir Yolları"nın məlumatında deyilir.

Sənədi "Azərbaycan Dəmir Yollan" QSC-nin sədri Cavid Qurbanov, "Ukrayna Dəmir Yolu" ASC-nin Idarə Heyətinin sədrinin vəzifələrini icra edən Yevgeni Kravtsov, İran Dəmir Yolunun rəhbəri Səid Məhəmmədzadə, Polşa Dövlət Dəmir Yollar Kompaniyasının Korporasiya İşləri üzrə Direktoru Vladislav Şchepovski, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze imzalayıb.

"Cənub-Qərb" marşrutu konteyner yük daşınmasını İran, Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən AB ölkələrinə və geri həyata keçirməyi nəzərdə tutur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov qeyd edib ki, "Cənub-Qərb" marşrutu böyük potensiala malikdir: "Biz bunu inkişaf etdirmək istəyirik, ən başlıcası indi daha çox yük cəlb etməkdir və bunun üçün hər bir layihə iştirakçı öz dəmir yolu və liman infrastrukturunu inkişaf etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti