...

Sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün attestasiya keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2018 15:19 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün 2018-ci ilin 08-10 yanvar tarixlərində attestasiya keçirəcək.
Sığorta fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün attestasiya keçiriləcək

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün 2018-ci ilin 08-10 yanvar tarixlərində attestasiya keçirəcək.

Palatadan Trend-ə verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 15 nəfərin iştirakı planlaşdırılır.

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Attestasiyada iştirak edənlərin siyahısı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti