Bakı. Sara İsrafilbəyova - Trend:
2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergilər Məcəlləsinə dəyişikliklər Azərbaycanda sahibkarlığın inkişafına yönəlib.
Trend-in məlumatına görə, bunu Vergilər Məcəlləsinə dəyişikliklərə həsr olunmuş tədbir zamanı vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, bu dəyişikliklər sahibkarlığın inkişafına və nazirlik qarşısında dayanan çağırışlara hesablanıb:
“Dəyişikliklər təklif olunarkən sahibkarların, eləcə də yerli və xarici ekspertlərin fikir və təklifləri nəzərə alınıb. Bu, çox genişmiqyaslı dəyişikliklərdir”.