...

Azərbaycan xurma istehsalının coğrafiyasını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2020 09:29 (UTC +04:00)
Azərbaycan xurma istehsalının coğrafiyasını genişləndirir

Bakı. Fidan Babayeva - Trend:

2020-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan 15,686 milyon dollar məbləğində təzə xurma ixrac edib.

Bunu Trend-ə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində ixrac həcmi 20 087 ton təşkil edib.

O bildirib ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə təzə xurma ixracı 25 faiz azalıb:

"Təzə xurmanın bir kiloqramı üçün ixrac qiyməti 1,5 dollar, qurudulmuş və dondurulmuş xurmanın qiyməti 10 dollar təşkil edib. Azərbaycanın daxili bazarında təzə xurmanın kiloqramı 2,5-3 manata bərabət olub".

Q.Yusifov bildirib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında təzə xurma əsasən Rusiya, Ukrayna, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub:

"Bu ilin sonunadək Slovakiya, Çexiya və bəzi Avropa ölkələrinə ixraca başlamağı planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti