...

"Albayrak" Azərbaycanı Orta Dəhlizin əsas dayaq nöqtəsi kimi görür - Vahdettin Keleş

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2024 16:43 (UTC +04:00)
"Albayrak" Azərbaycanı Orta Dəhlizin əsas dayaq nöqtəsi kimi görür - Vahdettin Keleş
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Albayrak" Azərbaycanı Orta Dəhlizin tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün strateji əhəmiyyət daşıyan əsas dayaq nöqtəsi kimi görür.

Trend xəbər verir ki, bu barədə "Alport Baku"nun meneceri Vahdettin Keleş "Albayrak" holdinqin fəaliyyətinin təqdimatına həsr olunmuş tədbirdə deyib.

"Albayrak Azərbaycanı Orta Dəhlizin tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün strateji əhəmiyyət daşıyan əsas dayaq nöqtəsi kimi görür. Şirkət Zəngəzur dəhlizinin açılışı ilə öz imkanlarını genişləndirərək, bu marşrutu öz logistika şəbəkəsinə daxil etməyi planlaşdırır", - deyə o vurğulayıb.

Keleş qeyd edib ki, "Albayrak Group"un Bakıda liman fəaliyyətini həyata keçirdiyi liman ildə 150 000 TEU konteyner buraxmaq imkanına, iki qapalı anbara malikdir, dokun uzunluğu isə 2250 metrdir.

"İldə 15 milyon ton yük qaldırmaq imkanına malik liman konteyner, sərnişin, Ro-Ro, ümumi, qalaq və layihə yükləri üçün terminallara xidmət göstərir. Bakı limanında gübrə aşırma terminalı və konteyner terminalı İpək Yolunun Orta Dəhlizinin logistika fəaliyyətinə mühüm töhfə verir", - deyə o əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında "Albayrak" müasir İpək Yolu və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və Avrasiyanın mərkəzində ən böyük intermodal logistika qoşağı olan Bakı limanının inkişafı üzrə əməliyyat hüququ əldə edib. Sazişə əsasən, "Albayrak Group" Ro-Ro terminalları, konteyner və gübrə terminallarının idarə olunmasını öz üzərinə götürüb.

"Alport"un bütün dünyada logistika sahəsində zəngin təcrübəsi ilə yanaşı, Mərkəzi Asiyadan Avropa və Türkiyəyə daşınan yüklərin həcminin artırılması daşımaların həcminin artırılmasına imkan yaradacaq, müasir logistika həlləri isə operativ fəaliyyəti təmin edəcək və limana yük axınlarını artırmaq hesabın Azərbaycan iqtisadiyyatına dəyər qatacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti