...

"Albayrak Group"un Azərbaycanda investisiyaları artıq 20 milyon dollara çatıb - Vahdettin Keleş

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2024 17:20 (UTC +04:00)
"Albayrak Group"un Azərbaycanda investisiyaları artıq 20 milyon dollara çatıb - Vahdettin Keleş
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Albayrak Group"un Azərbaycanda investisiyaları artıq 20 milyon dollara çatıb.

Bu barədə Trend-ə "Alport Baku"nun meneceri Vahdettin Keleş deyib.

"Azərbaycanda investisiyalarımız artıq 20 milyon dollara çatıb. Bu investisiyaların məqsədi Çin, Qazaxıstan, Özbəkistan, Xəzər dənizi, Azərbaycan, Türkiyə və son nəticədə Avropanı birləşdirən logistika marşrutunun inkişafıdır", - deyə o vurğulayıb.

Keleş bu sərmayələrin Orta Dəhlizin möhkəmləndirilməsinə və daha da gücləndirilməsinə yönəldiyini qeyd edib.

"Bizim artıq Özbəkistanda şirkətimiz var, Qazaxıstanda nümayəndəliyin açılmasına isə az qalıb. Bununla belə, Azərbaycan bütün bu istiqamətlər üçün mərkəzi hab olacaq. Biz burada şirkətimizin əsasını qoymuşuq və artıq Bakı limanında 100-ə yaxın əməkdaşımız var. Bütün layihələr artıq hazırlanıb və Bakı limanı tərəfdaşımız olaraq çıxış edir.

Bu dəhlizlə yük axınının artırılması üçün Qazaxıstan və Özbəkistandan olan tərəfdaşlarla əməkdaşlıq edirik, Çin isə növbəti addımımız olacaq. Məqsədimiz dəhlizin effektiv, düzgün və səmərəli fəaliyyətini təmin etməkdən ibarətdir. Gələcək planımız isə Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə ərazisi vasitəsilə və oradan Avropaya yüklərin daşınması üçün ondan istifadə etməkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında "Albayrak" müasir İpək Yolu və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və Avrasiyanın mərkəzində ən böyük intermodal logistika qoşağı olan Bakı limanının inkişafı üzrə əməliyyat hüququ əldə edib. Sazişə əsasən, "Albayrak Group" po-po terminalları, konteyner və gübrə terminallarının idarə olunmasını öz üzərinə götürüb.

"Alport"un bütün dünyada logistika sahəsində zəngin təcrübəsi ilə yanaşı, Mərkəzi Asiyadan Avropa və Türkiyəyə daşınan yüklərin həcminin artırılması daşımaların həcminin artırılmasına imkan yaradacaq, müasir logistika həlləri isə operativ fəaliyyəti təmin edəcək və limana yük axınlarını artırmaq hesabın Azərbaycan iqtisadiyyatına dəyər qatacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti