...

MİLLİ BANK İKİNCİ PROSPEKT ÇƏRÇİVƏSİNDƏ QEYDİYYATA ALINMIŞ NOTLARIN ÜÇÜNCÜ HƏRRACINI KEÇİRMƏK NİYYƏTİNDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2005 13:35 (UTC +04:00)

Azərbaycan Milli Bankı 2005-ci ildə ikinci emissiya prospekti çərçivəsində qeydiyyata alınmış qısamüddətli notların yerləşdirilməsi üzrə üçüncü hərrac keçirmək niyyətində olduğunu bildirib. Bakı fond birjasından Trend agentliyinə verilən məlumata görə, hərrac iyulun 14-də Bakı fond birjasında keçiriləcək.

Onun predmeti 50100310S dövlət qeydiyyat nömrəli AMB-in qısa müddətli notları olacaq. Emssiyanın həcmi 10 mlrd manat, bir notun dəyəri 1 mln manat, notun dövriyyə müddəti isə 32 gündür.

İkinci prospekt notlarının emissiyalarının yerləşdirilməsi üzrə birinci hərrac 13,208 mlrd manat dəyərində notların yerləşdirilməsi ilə başa çatıb. İkinci hərrac iyulun 11-də keçiriləcək.

Beləliklə, hər iki prospektin hesabına nominal dəyəri 525 mlrd manat (1 trln manat dəyərində emissiyanın 52,5% iki qeydiyata alınmış prospektləri) olan emissiya elan olunsa da, nəzərdə tutulmuş həcmin yalnız 288,245 mlrd manat və ya 54,9% (24 və 25 emissiya da daxil olmaqla) yığılıb. Hərraca qoyulmamış birinci prospekt notlarının qalığı 10 mlrd manat təşkil edib.

Notların emissiyasına 2004-cu ilin sentyabrın 14-dən başlayan AMB ötən il dəyəri 300 mlrd manat olan emissiya prospektində 191747,4259 mln manat dəyərində 11 not yerləşdirib. Ötən il ərzində notların gəlirlilik dərəcəsi kəsmə qiyməti üzrə 0,2% bənd (4,7% illik), orta qiymət üzrə isə 0,42% bənd (4,58% illik) təşkil edib.

Xəbər lenti

Xəbər lenti