Sentyabrın 8-də Çinin Siamın şəhərində 9-cu Çin Beynəlxalq İnvestisiya və Ticarət sərgisi keçiriləcək. Bu barədə İnvestisiyaların Təşviqi və Məsləhət Fondundan (İTMF) Trend xəbər agentliyinə məlumat verilib.
Onun sözlərinə görə, sentyabrın 10-a kimi davam edəcək sərgidə dünyanın 110 ölkəsindən nümayəndələr iştirak edəcəklər.
Sərgidə Azərbaycanı İTMF-in nümayəndələri təmsil edəcək. 9-cu Beynəlxalq İnvestisiya və Ticarət sərgisində Azərbaycanın investisiya imkanlarına həsr olunmuş stend də fəaliyyət göstərəcək. Burada həmçinin Azərbaycanın bir sıra şirkətlərinin məhsulları da nümayiş olunacaq. Ümumilikdə sərgidə 12 minə yaxın ziyarətçinin iştirakı gözlənilir.