...

HÖKUMƏTDƏ HESAB EDİLİR Kİ, AZƏRBAYCANIN SABİTLƏŞDİRMƏ FONDUNA ƏSASNAMƏ LAZIM DEYİL

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2005 17:24 (UTC +04:00)

Azərbaycan sabitləşdirmə fondu vəsaitlərinin Azərbaycan Dövlət neft fonduna köçürülməsi nəticəsində hökumət həmin vəsaitlərin hüquqi əsaslandırılmasının qanuniləşdirilməsinə ehtiyac duymur.

Nazirlər Kabinetində Trend agentliyinə bildirilib ki, beləliklə, sabitləşdirmə fondunun Əsasnaməsinin işlənib-hazırlanmasına zərurət yoxdur.

Sənədin işlənib-hazırlanması üzrə iş 2005-ci ilin əvvəlində təsdiq edilib. 2005-ci ilin mayında Azərbaycan Maliyyə Nazirliyi ARDNF-ə vəsaitlərin köçürülməsi üzrə planlarla bağlı neftin ixrac və büdcə qiyməti arasında fərq hesabına formalaşdırılan sabitləşdirmə (ehtiyat) fondunun əsasnaməsi üzərində iş prosesini dayandırıb.

Sabitləşdirmə fondunun vəsaitləri artıq ARDNF-ə verilib, həcmi 325 mlrd. manatdır.

Xəbər lenti

Xəbər lenti