...

TURANALƏM BANKI AZƏRBAYCANDA İPOTEKANI MALİYYƏLƏŞDİRMƏYƏ HAZIRDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2005 11:50 (UTC +04:00)

Qazaxıstanın Turanaləm (BTA) bankı Azərbaycanda ipoteka kreditinin inkişafına vəsait ayırmağa hazır olduğunu bəyan edib.

Trend in məlumatına görə, bu barədə BTA idarə heyətinin sədri Erkin Tatışev bildirib. "Azərbaycanda "İpoteka haqqında" qanun qəbul edilib, onun icra mexanizmi hazırlanır. Qazaxıstanda ipoteka kreditinin ayrılması üzrə lider olan BTA beynəlxalq standartlara uyğun qanun və qaydaların mövcud olduğu halda Azərbaycana münasib faiz dərəcəsi ilə 30 il müddətinə maliyyə vəsaiti ayırmağa hazırdır", - deyə E.Tatışev bildirib.

Bu halda bank Azərbaycanda özünün ipoteka paketini 50 mln dollara çatdırmaq istəyir.

Qazaxıstanın ipoteka xidmətləri bazarında BTA-nın 25% payı var və ilin yekunlarına görə bu göstəricinin 30%-ə çatdırılması planlaşdırılır. "Biz müxtəlif banklarla agent sazişləri bağlayarq onlardan ipoteka pulları cəlb etməyə hazırıq. Bu halda yerli tərəfdaş banklar qoyduqları vəsaitdən gəlir əldə edəcəklər", - deyə BTA-nın maliyyə direktoru Erik Sultankulov qeyd edib.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan hökuməti "İpoteka haqqında" qanunun icra mexanizmini təsdiqləməli və ipoteka kreditinin ayrılmasının inkişafı proqramını qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti