...

Azərbaycan hökuməti Asiya inkişaf bankı ilə danışıqları fəallaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2005 17:11 (UTC +04:00)

Azərbaycan hökuməti Asiya inkişaf bankı (AİB) ilə qərbi istiqamətli avtomobil yolları sahəsinin yenidən qurulması layihəsinin gerçəkləşdirilməsi üzrə danışıqları fəallaşdırır.Hökumətdə Trend ə bildirilib ki, cari ilin sonunda hökumət missyası bu məqsədlə AİB ilə həmin məsələ üzrə danışıqlar aparacaq. "Danışıqlar Yevlax-Gəncə və Qazax - Gürcüstanın sərhədi yolları sahəsinin maliyyələşdirilməsinin gerçəkləşdirilməsinə aiddir.Bu layihə üzrə bütün əsas məsələlər artıq həll edilib.Maliyyələşdirmənin ümumi həcminin hər iki sahə üzrə $52 mln. təşkil edəcəyi planlaşdırılır, bunların gkrçəkləşdirilməsi vahid kredit sazişi ilə tənzimlənəcək. Qazax-Gürcüstanın sərhədi sahəsində AİB yeganə donor olacaq, Yevlax-Gəncə sahəsində birgə maliyyələşdirmə həyata keçiriləcək" -deyə hökumətdə qeyd olunub.

Yolun ümumi uzunluğu 520 km, layihənin ümumi dəyəri isə $300 mln.təşkil edir. Hazırda Bakı-Ələt avtomobil yolunda 2001-ci ildən hökumətin $16 mln. vəsaiti hesabına yenidənqurma işləri aparılıb, Ələt-Hacıqabul sahəsində həmçinin İslam inkişaf bankının (İİB) və Kuveyt bankının ayırdığı $36 mln. maliyyələşdirmə hesabına işlər başa çatdırılıb. 2005-ci ilin mayından AYİB-nin $40 mln. həcmində vəsaiti hesabına Hacıqabul-Kürdəmir sahəsində işlər başlanıb. Kürdəmir-Gürcüstanın sərhədi sahəsi İİB və Kuveyt fondunun ayırdığı vəsait hesabına maliyyələşdiriləcək.Həmin sahədən Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi sahəsi AİB-nin hesabına maliyyələşdirilə bilər.

Xəbər lenti

Xəbər lenti