Ölkə üzrə indiyədək 46 minə yaxın nəzarət-kassa aparatı quraşdırılıb. Bu barədə Trend ə Vergilər Nazirliyindən məlumat verilib. Məlumata görə, bu aparatların 23 mindən bir qədər çoxu Bakıda quraşdırılıb.
Quraşdırılmış kassa-aparatlarının 34 minə yaxını ticarət obyektlərinin payına düşür. Sonrakı yerləri ictimai iaşə və məişət xidməti müəssisələri, yanacaqdoldurma və valyuta dəyişmə məntəqələri, nəqliyyat, rabitə, səhiyyə, mədəniyyət, turizm və s. obyektlər tutur.