...

DB Azərbaycanın kənd təsərrüfatı üçün qarışıq kredit ayırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2006 20:19 (UTC +04:00)

Aprelin ortalarında Dünya Bankı Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsinin ikinci fazasının yekun qiymətləndirməsini aparacaq. Bu barədə Trend ə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib. Bu günlərdə bank Azərbaycan tərəfinə hökumətin Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə bundan əvvəl edan edilən 20 mln. dollar əvəzinə $25 mln. vəsaitin alınmasını nəzərdə tuta bilər. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə $15 mln. vəsaitin ayrılacağı ehtimal edilir. Bu resursların maliyyələşdirilməsi üçün kommersiya bankları cəlb ediləcək.

Layihə çərçivəsində $1 mln. vəsait kiçik biznesin inkişafı üçün qrant vəsaiti kimi paylaşdırılacaq. Burada üstünlük innovasiyalar təqdim edən fermerlərə veriləcək. Qrantların ölçüsü $10-30 min civarında olacaq.

Xəbər lenti

Xəbər lenti