...

Ələkbər Məmmədov: Azərbaycan investorlar tapmaq və ölkəyə yeni tibbi texnologiyalar gətirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2006 14:23 (UTC +04:00)

Martın 24-də İstanbulda tibbi avadanlıqlar üzrə beynəlxalq sərgi ilə paralell olaraq özəl səhiyyə üzrə investisiya forumu keçiriləcək. Azərbaycan Sahibkarları (İgəgötürənləri) Milli Konfederasiyasının (ASMK) rəhbəri Ələkbər Məmmədovun Trend ə verdiyi məlumata görə, bu biznes-forumda Azərbaycanın investisiya imkanları təqdim ediləcək.

Azərbaycandan investisiya forumunda tibbi avadanlıqlar vıə tibb müəssisələrini təmsil edən 40 şirkət iştirak edəcək.

Sərginin təşkilatçısı Türkiyənin TUAB şirkətidir.

Ə.Məmmədov bildirib: "Biz investorlar tapmaq və ölkəyə tibbi sahədə yeni texnologiyalar gətirmək istəyirik". Sərgidə dünyanın 100 ölkəsindən şirkətlərin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti