...

Heydər Babayev: Azərbaycan Rusiya şirkəti ilə danışıqların birinci mərhələsini keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 14:56 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və "Russkiy Alyuminiy" ASC Azərbaycanda alüminiumun istehsalı üzrə zavodun tikintisi ilə bağlı danışıqların birinci mərhələsini keçirib. Trend in verdiyi məlumata görə, bu barədə martın 29-da Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Bununla əlaqədar, "RusAla"nın texniki missiyası Bakıya gələrək komissiya ilə görüş keçirib. Şirkəti maraqlandıran bütün suallara cavablar artıq hazırlanaraq onlara təqdim edilib.

Nazirin qeyd etdiyi kimi, ilk növbədə "RusAL"ı zavodun yerləşəcəyi ərazi, dəmiryol xəttlərinin çəkilişi, xammalın tədarükü maraqlandırır. Lakin şirkətlə güzəştlər barədə makirələr hələ aparılmayıb.

H.Babayev hesab edir ki, "RusAl"ın Azərbaycana gəlişi Hollandiyanın Fondel Metall şirkətinin "Azəralüminium"dan getməsi ilə əlaqədar deyil. Ona görə də zavodun bu SC-in bazası əsasında yaradılması aparılmır. Həm də söhbət alüminium istehsalı üzrə yeni myüəssisənin yaradılmasından gedir.

Layihə üzrə Azərbaycanda yeni alüminium zavodunun gücü ildə 300 min ton təşkil edəcək. Zavodun işi, infrastrukturun genişləndirilməsi və elektrik stansiyanın tikintisi ilə bağlı investisiyaların ümumi həcmi $1 mlrd-dan artıqdır.

Xəbər lenti

Xəbər lenti