...

Unibank və Bankgesellschaft Berlin kredit razılaşması imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2006 12:28 (UTC +04:00)

Bankgesellschaft Berlin bankı tərəfindən kredit xətti Azərbaycandan Avropa Birliyi ölkələrinə və ABŞ-a müxtəlif məhsulların ixracı üzrə UniBanka təqdim edilib. Trend in verdiyi məlumata görə, UniBank -ın press-relizində bildirilir ki, Bankgesellschaft Berlin tərəfindən layihələrin kreditləşməsi Almaniyanın aparıcı Hermes İxrac Kredit Agentliyinin (İKA) təqdim etdiyi sığorta ödənişi vasitəsilə, eləcə də AB və ABŞ ölkələrinin bir sıra digər İKA tərəfindən həyata keçiriləcək.

"Bu kredit xətti UniBank-a müştərilərə Avropa və ABŞ ölkələri ilə idxal əməliyyatlarının maliyyələşdirilməsi üçün əlavə imkanlar verməyə icazə verəcək. Bu maliyyələşmənin bizim bankın təcrübəsində İKA ilə əməkdaşlıq üzrə ilk təcrübə olması da az əhəmiyyətli deyil ", - deyə UniBank-ın İdar Heyətinin sədri Faiq Hüseynov bildirib.

Qeyd edək ki, 2005-ci ilin yekunları üzrə UniBank Azərbaycanın özəl bankları arasında müxtəlif xarici maliyyə institutlarından cəlb edilən ən iri maliyyə ehtiyatları, eləcə də ən iri kredit portfelinə malik olan bankdır.

Xəbər lenti

Xəbər lenti