...

AB-nın yeni qonşuluq siyasəti – TRACECA çərçivəsində əməkdaşlığın yeni vasitəsidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 20:08 (UTC +04:00)

Avropa Birliyi TRACECA-nın imkanlarından, bu proqramın hökumətlərarası katibliyindən və qurumlarından yeni qonşuluq siyasəti çərçivəsində layihələrin həyata keçirilməsi üçün istifadə edəcək. Öz növbəsində TRACECA Avropa Birliyinin imkanlarından istifadə edəcək. Bunu, Trend agentliyinin məlumatına əsasən, TRACECA-nın baş katibi Lüdmila Trenkova bildirib. TRACECA ölkələri hökumətlərarası komissiyasının 5-ci iclası Sofiyada başa çatdıqdan sonra AB, Qara Dəniz və Xəzər Dənizi ölkələri, eləcə də qonşu ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə 2-ci konfrans keçirilib.

Bu əməkdaşlıq ayrı-ayrı ölkələrlə əlaqələrdə yeni vasitə olacaq. Təkcə texniki deyil, həm də investisiya layihələri gerçəkləşdiriləcək. Bu əməkdaşlıq həmçinin yeni qonşuluq proqramına daxil olmayan Əfqanıstan kimi ölkələrə yardım göstərilməsinə müsbət təsir göstərəcək. Bundan əlavə, Çin kimi ölkələrlə əməkdaşlıqda daha çox vasitə yaracanacaq.

Xəbər lenti

Xəbər lenti