...

"Kredit reyestri haqqında" qanun layihəsi təkmilləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 15:05 (UTC +04:00)

"Kredit reyestri haqqında" qanun layihəsi təkmilləşdirilib, sənəd müzakirə üçün Milli Məclisin iclaslarına çıxarılacaq. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasından bildiriblər.

Qeyd edək ki, qanun layihəsi bir ay öncə parlamentin adıçəkilən komissiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılıb və millət vəkilləri tərəfindən sənədə əlavə və dəyişikliklər bağlı təkliflər verilib. Qanun layihəsinin adının dəyişdirilməsi və digər təkliflərlə bağlı millət vəkili Vahid Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. Qrup bu təklifləri nəzərə alaraq sənədi yenidən təkmilləşdirib.

O da bildirilib ki, qanun layihəsinin ilk variantdakı adı "Kredit tarixçiləri bürosu haqqında" idi. Bank sektorunun, banklarla vətəndaşlar arasında münasibətlərinin yüksək səviyyədə qurulması üçün belə bir qanun layihəsinin qəbulu çox vacibdir. Bu qanunun qəbulu Azərbaycan iqtisadiyyatına, ölkənin bank sektorunun inkişafına böyük təkan verəcək.

Xəbər lenti

Xəbər lenti