...

Azərbaycan 2015-ci ildə dənli bitkilər istehsalını 2,8 milyon tona çatdırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 18:44 (UTC +04:00)

Azərbaycanda kənd təsərrüfatı sahəsində inkişafın əsas məqsədi dənli bitkilər istehsalının artırılmasıdır. Trend in məlumatına görə, bu barədə Kənd təsərrüfatı Nazirliyindən məlumat verilib.

2005-ci ildə ölkədə buğda istehsalının həcmi hər hektarda məhsuldarlıq 26,5 sentner olmaqla 2 mln. 126 min ton olub.

"Azərbaycanda taxıl istehsalının səviyyəsin artırmaq zəruridir. Hazırda Azərbaycanda dənli bitkilərə tələbat 3 mln. 400 min tondur", - deyə Nazirlikdən bildirilib.

Tələbatın ödənilməsi üçün 2015-ci ildə ölkədə dənli bitkilərin həcmi 2 mln. 800 min tona qədər artırılacaq.

Rusiyanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, apreldə Azərbaycan bu ölkədən 20,8 min ton taxıl alıb.

Xəbər lenti

Xəbər lenti