...

Unibank 2006-cı ilin yanvar-may aylarının maliyyə göstəricilərinə yekun vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2006 17:58 (UTC +04:00)

Unibank 2006-cı ilin yanvar-may aylarının maliyyə göstəricilərinə yekun vurub . Trend in bankın press-relizinə istinadən verdiyi xəbərə görə, 2005-ci ilin eyni dövrü ilə müqayisədə Unibank-ın əsas maliyyə göstəricilərində əhəmiyyətli artım müşahidə olunur.

2005-ci ilin may ayı ilə müqayisədə 87,68% artan bank aktivləri 95,43 milyon AZN təşkil edib, bu da 1 yanvar 2006-cı ilin müvafiq göstəricisindən 47,4% yüksəkdir.

Bankın kredit prortfeli ilə ərzində 62,85% artaraq, 57,32 mln. AZN təşkil edib, bu da, öz növbəsində, 2006-cı ilin yanvan ayının əvvəlindəki göstəricidən 28,52% yüksəkdir.

2006-cı ilin iyun ayının 1-nə olan vəziyyətə görə Bank tərəfindən cəlb olunmuş depozitlərin həcmi 66,57 mln. AZN təşkil edib. Bu göstəricinin illik artımı 148,03 %, 2006-cı il ərzində artımı isə 59,53% olub.

Beş ayın yekununa görə, Bankın gəlirləri 6 065 min AZN təşkil edib, bu da ötən ilin həmin dövrünə nisbətən 62,25% çoxdur. Bankın balans gəliri, 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,08% artımla, 1 449 min AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti