...

Azərbaycan mikromaliyyələşdirmə bankının yeni başçısı təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2006 17:44 (UTC +04:00)

Azərbaycan mikromaliyyələşdirmə bankının indiki başçısı Tomas Engelhardtı (Thomas Engelhardt) təcrübəli bankir Endryu Pospilovski (Andrew Pospielovsky) əvəz edəcək. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün bankda keçirilən mətbuat konfransında elan olunub.

Bu vəzifədə artıq 4 il işləyən indiki rəhbər T.Engelhardt Berlində yerləşən LFS qərargahına qayıdacaq. Güman edilir ki, sonra o, Müşahidəçilər Şurasına qoşulacaq.

"Biz strategiyamızı dinamik templərlə davam etdirəcəyik, gələcəkdə də müştərilərimizin seçimlərini: etibarlıq, şəffaflıq və yüksək keyfiyyətli xidməti dəyərləndirəcəyik", - deyə E.Pospilovski mətbuat konfransında vurğulayıb.

O qeyd edib ki, bank gələcəkdə də fililallar şəbəkəsini genişləndirəcək və öz müştərilərinə yeni xidmətlər təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti