...

ADDY: Bakı-Qars marşrutu Bakı-Poti/Batumiyə alternativ olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 16:04 (UTC +04:00)

Bakı-Poti və Bakı-Batumi dəmir yoluna nisbətən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu ilə neft və neft məhsullarının nəqli iqtisadi cəhətdən az məqsədəuyğundur. Bu barədə, Trend ə Azərbaycan Dövlət Dəmir Yolu idarəsindən xəbər veriblər.

ADDY nümayəndəsinin sözlərinə görə, bu, vaxt və məsafə ilə izah olunur ki, bu da nəql tarifininin xeyli artmasına gətirib çıxaracaq. Bundan əlavə, neftin Bakıdan Gürcüstan limanlarına daşınması zamanı yalnız bir sərhədin keçilməsinə ehtiyac var.

Azərbacyan Nəqliyyat Nazirliyindən əvvəllər bildirildiyi kimi, Gürcüstan marşrut üzrə dəmir yolunun açılması ilə hazırda Poti və Batumi limanlarına göndərilən yüklərin həmin dəhlizla daşınacağından ehtiyatlanır.Lakin Azərbaycan tərəfinin fikrincə, bu marşrutlarla daşınan yüklək müxtəlif xarakterlidir. Hazırda Poti və Batumiyə əsasən neft və neft məhsulları göndərilir, amma Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu ilə quru yüklər daşınacaq. Gürcüstan və Qazaxıstan bu nəqliyyat dəhlizilə yüklərin daşınmasını təmin edən protokol imzalayıb.

Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu layihəsinin texniki-iqtisadi əsaslandırması ilə bağlı son qərar iyulun 27-də Qazaxıstanda keçiriləcək görüşdə qəbul olunacaq. Bu vaxta qədər Gürcüstan TİƏ-nin hər hansı bir variantını qəbul etməli və həmin sənədə mümkün qədər dəyişiklik edilməlidir. Bundan sonra tərəflər bu nəqliyyat marşrutunun gələcək inkişaf strukturu haqqında qərar qəbul edəcək.

Bu layihəyə 98 km-lik Qars-Axalkalaki dəmir yolu qolunun çəkilməsi də daxildir ki, bunun 68 km-i Türkiyənin, 30 km-i isə Gürcüstanın ərazisinə düşür. Axalkalaki-Tbilisi qolunda da müəyyən bərpa işlərinə ehtiyac var. Layihənin orta dəyəri $400 mln. həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti