...

İteca Caspian 2006-cı ildə Azərbaycanda sərgi mövsümünü yekunlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2006 20:53 (UTC +04:00)

Bu gün Azərbaycanda beynəlxalq sərgilərin təşkilatçısı İteca Caspian şirkəti Azərbaycanda 2006-cı il üçün oktyabrın 14-də bitmiş sərgi mövsümünü yekunlaşdırıb. Bu müddət ərzində şirkət neft və neft sektorunu əhatə edən 14 xüsusi sərgi keçirib. Bunlardan üç lahiyə ilk dəfə baş tutub və Azərbaycanın sərgi sənayesində yeni mövzu açıb. Trend in verdiyi xəbərə görə, debüt lahiyələri bunlardır: Causis Bankinq And Summit (Banklar və maaliyyə), stamatology Azerbaican (stamatologiya) və Azreality (daşınmaz əmlak)

İteca Caspianın satış işləri üzrə direktor müavini Bəhruz Hidayətzadənin verdiyi xəbərə görə, bu il keçirilən sərgilərdə 1108 şirkət iştirak edib ki, bu da ötən ilə nisbətdə 12% çoxdur. HP,Microsoft. Oracle, BP, Statoil, General motors və başqa aparıcı dünya şirkətlərinin Azərbaycan sərgilərinə marağı nəzərəçarpacaq dərəcədə artıb. Bu il ilk dəfə olaraq Sloveniya və Bolqarıstan tərəfləri sərgidə təmsil olunub. 2006-cı ilin sərgilərində Pakistandan, İtaliyadan, Almaniyadan, Rusiyadan, Böyük Britaniyadan, Polşadan, Finlandiyadan milli qruplar iştirak edib. 2006-cı ildə sərgilərə 93695 adam baş çəkib ki, bu da 2005-ci ilə nisbətdə 15% çoxdur. Qonaqların 87%-i ni ayrı-ayrı sahələrin mütəxəssisləri təşkil edir. "Sevindirici faktdır ki, ilbəil sərgidə yerli şirkətlərin sayı artır. Bu şirkətlərin çoxu istehsalçılardır. 2006-cı ildə yerli şirkətlərin iştirakı ümumi iştirakçıların 50%-ni təşkil edir" - deyə şirkətin təmsilçisi qeyd edib.

Şirkətin direktoru Fərid Məmmədovun sözlərinə görə, 2005-2006-cı ilin yekunlarına nəzərən Dünya Assosiasiyası UFİ Sərgi sənayesi İnterfud Azərbaycan, Bakıbild, Xəzərin neft və qazı, sərgiləri keyfiyyət göstəriciləri kimi mənimsənilib. Gələn il üçün BİXE və Bakutel sərgiləri barədə belə göstəricilər gözlənilir.

Xəbər lenti

Xəbər lenti