...

Agrolizing ASC inzibatı bina aldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 11:03 (UTC +04:00)

ASC-nın başçısı Tariyel Rəsulovun Trend ə verdiyi məlumatda deyilir ki, dövlət başçısı İlham Əliyevin müdaxiləsindən sonra Agrolizing ASC-ya və onun Bakı bazasına inzibati bina təqdim olunması məsələsi müsbət həll olunub.

Onun sözlərinə görə, prezidentin sərəncamına əsasən, Dövlət Əmlakının İdarəsi üzrə Dövlət Komitəsi müəssisə üçün yer ayırıb. Bakı Şəhəri İcra Hakimiyyətinin balansında olan sahəsi 1 ha olan təcrübə-sınaq zavodunun ərazisi müəssisəyə verilib.

İnzibati bina üçünsə müəssisə Əhalinin sosial müdafiəsi dövlət fondu müfəttişliyinin binasını alıb.

T.Rəsulov qeyd edib: "Artıq bütün lazımı sənədlər imzalanıb və Nazirlər Kabinetinə təqdim olunub. Həmin sənədlər hökumət başçısı tərəfindən qəbul edildikdən sonra binanın təmiri başlanacaq".

Müəssisə rəhbəri hesab edir ki, sənədləşmə işlərinin həllindlən sonra yeni yerdə bir aya məskunlaşmaq olar.

Agrolizing ASC 2004-cü il oktyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə yaradılıb. Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılması və müxtəlif kənd təsərrüfatı texnikasının lizinq vasitəsilə alınması və yerli torpaq sahiblərinə təhvil verilməsi yolu ilə ölkədə sahibkarlığın dəstəklənməsinə yardımla bağlıdır. Bu gün ASC-nın inzibati idarəsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinin binasında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti