...

Bakı metro xətlərinin aeroport və Sumqayıta qədər uzadılması yaxın vaxtlarda gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2006 14:48 (UTC +04:00)

Metro xətlərinin Heydər Əliyev adına beynəlxalq aeroport və Sumqayıta qədər uzadılması yaxın vaxtlarda gözlənilmir. Trend xəbər verir ki, bu barədə dekabrın 22-də Bakı metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2002-ci ildə yaponiyalı mətəxəssislər tərəfindən Bakı yollarının yenidən qurulması layihəsi hazırlanıb və bu layihədə yeni metropoliten xətlərinin çəkilişi də göstərilib. "Lakin aeroport və Sumqayıta qədər yeni xətlərin tikintisi böyük xərclər tələb edir və mən hesab edirəm ki, bu məsələ hazırda o qədər də aktual deyil" - deyə T.Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti