...

Ukrayna, Böyük Britaniya və İtaliya laboratoriyaları Azərbaycanda "quş qripi"nin olmadığını etiraf edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 16:58 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidməti Böyük Britaniya, İtaliya və Ukraynanın referens laboratoriyalarından 50 ev quşunun (ördək, qaz, hindtoyuğu, toyuq) Cəlilabad rayonunun Təzəkənd kəndindən toplanmış cəsəd nümunələrinə görə rəy alıb. Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Hər üç rəy təsdiq edib ki, quşların tələf olmasının səbəbi "quş qripi" olmayıb. Bununla yanaşı, dövlət xidməti lazımi tədbirlər görüb: əraziləri deniznfeksiya edib, maarifçilik işlərini həyata keçirib.

Dövlət xidməti qeyd edib ki, bu günə qədər Azərbaycanda "quş qripi" virusu nəticəsində quşların ölüm halı qeydə alınmayıb.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün bütün baytar-sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyirlər, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsinə və virusla yoluxma hallarının qeydə alındığı ölkələrdən quşçuluq məhsullarının gətirilməsi və istifadə edilməsinə qoyulan qadağa qüvvədə qalır.

Hazırda ölkə ərazisində növbəti monitorinq başa çatır və nəticələr artıq gələn il açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti