...

Azərbaycan Vergilər Nazirliyi mənzil tikintisinə vergi qoymaq üçün hər rüb icra hakimiyyətlərindən məlumat alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2006 17:57 (UTC +04:00)

Prezidentin göstərişi ilə təsdiqlənmiş "Vergi Məcəlləsinə əlavə və dəyişikliklər barədə" qanununa əsasən, 2007-ci il yanvarın 1-dən mənzil tikintisi ilə məşğul olan şəxslərə yeni vergi qoyulması sistemi tətbiq olunacaq. Bu barədə Trend xəbər verir.

Bununla bağlı olaraq, Nazirlər Kabineti əlavə dəyərə hesablanmış vergilər əsasında minimal dövriyyəni müəyyənləşdirməlidir.

Bununla yanaşı, onlar üçün sadələşdirilmiş vergilərin hesablanmasından ötrü respublikanın rayon və şəhərlərinin ərazi zonasından asılı olaraq əmsal qoyulmalıdır. Yerli icra hakimiyyətlərinə də öz növbəsində ay ərzində tikinti sahələri və mənzil tikintisi üçün ayrılmış torpaqlar barədə 2006-cı ilin yanvarın 1-dəki vəziyyət haqqında məlumat vermək tapşırılıb. Daha sonra isə, onlar hər rüb Vergilər Nazirliyinə hesabat verməli və növbəti rübdən sonra ayın 20-dək məlumat təqdim etməlidirlər.

Tikinti şirkətləri üçün hazırki ödəmə sistemi 2 il müddətlə aparılacaq və hər rüb ümumi ödəmənin 12,5% üzrə aparılır. İki ildə ərzində ödəməklə 8 bərabər hissəyə bölünmüş ödəmələrə ümumi həcmin qoyulması nəzərdə tutulur.

Trend in vergilər naziri Fazil Məmmədova istinadən verdiyi xəbərə görə, Bakının mərkəzi və hüdudlarından rayonlaradək hər kvadratmetrə əmsal 10-15 manatdan 150 manatadək müəyyənləşdirilə bilər, hətta bu əmsal paytaxtın mərkəzində rahat mənzil üçün 200 manatadək artırıla bilər.

Vergilər podratçı şirkətlərlə yox, yaşayış binasının sahiblərinə tətbiq olunacaq. "Vergiqoyma sisteminə dəyişikliklərin zəruriliyi tikinti şirkətlərinin öz gəlirlərini qəsdən gizlətmə faktları ilə əlaqədar ortaya çıxıb, amma dünyada tikinti bumundan ölkələrin dövlət büdcəsinə bu biznesdən böyük mədaxil gələ bilər" - deyə F. Məmmədov hesab edib.

Xəbər lenti

Xəbər lenti