...

Rusiyanın Mərkəzi Bankı və Azərbaycan Milli Bankı bank nəzarəti sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 15:15 (UTC +04:00)

Rusiyanın Mərkəzi Bankı (MB) MB və Azərbaycanın Milli Bankı arasında kredit təşkilatlarının fəaliyyətinə bank nəzarəti sahəsində əməkdaşlıq haqqında müqaviləni elan edib. Mərkəzi Bankın xarici və ictimaiyyətlə əlaqələr departamentinin bu gün yaydığı məlumatına əsasən, Trend xəbər verir ki, müqavilə 2006-cı ilin dekabrında imzalanıb.

Müqaviləyə uyğun olaraq Rusiya və Azərbaycanın milli bank sisitemlərinin stabilliyi, inkişafı və möhkəmləndirilməsi məqsədilə bank nəzarəti idarələri əsas kredit təşkilatlarının fəaliyyətinə bank nəzarəti sahəsində əməkdaşlıq və öz milli qanunvericiliyinin tələbləri əsasında həyata keçirir. Bank nəzarəti idarələri bank sektorunun vəziyyəti və inkişafı barədə məlmut, bank nəzarəti sahəsində əsas tələblər haqqında, həmçinin onların dəyişilməsi barədə mübadilə aparır. Bank nəzarəti idarələri lazımi hallarda birgə maraq kəsb edən, həmçinin əsas kredit təşkilatlarının fəaliyyətinə bank nəzarətinin mükəmməlləşdirilməsi məsələlərinin müzakirəsi üçün görüşlər keçirir.

Bank nəzarəti idarələri məlumatın və ya sənədin qorunmasında, bir-birinə istənilən əlaqə vasitəsilə məlumatın götürülməsi və istifadəsinin məxfiliyi üçün lazımi tədbirlər görür.

Bank nəzarəti idarələri bank nəzarəti sahəsində məlumatlarla həmin məlumatın yalnız nəzarət məqsədilə istifadə olunacağı və məlumatı təqdim edən bank nəzarəti idarəsinin icazəsi olamadan üçüncü şəxsə təqdim olunması şərtləri ilə mübadilə edilə bilər. Milli qanunvericilikdə bu cür öhdəliklər olarsa, bu hallar istisnadır.

Müqavilə çərçivəsində həmçinin əməkdaşlıqlar nəzərdə tutulub: transsərhəd idarələrinin fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların (icazələrin) verilməsi; kredit təşkilatların səhmlərinin (pay) əldə olunması ilə bağlı qərarın qəbulu; transsərhəd idarələrinin cari fəaliyyətinə bank nəzarətinin həyata keçirilməsi; bank nəzarəti idarələri tərəfindən inspeksiyaların aparılması; cinayətkarlıq yolu və terrorizmin maliyyələşdirilməsindən əldə olunan gəlirlərin leqallaşdırılmasına əks müqavimət göstərən məsələlər haqqında.

Bu gün üçün Azərbaycan Beynəlxalq bankının törəmə strukturu Rusiyada fəaliyyət göstərir. Rusiya kapitalı Nikoylbankda iştirak edir. Son vaxtlar Vneştorqbank tərəfindən Azərbaycan bank bazarına daxil olmaq üçün maraq əks olunur.

Xəbər lenti

Xəbər lenti