...

Britaniyalı ekspert Bakıda neft və qaz hasilatı üçün platformaların sığortalanması ilə bağlı Bakıda seminar keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 12:53 (UTC +04:00)

Bu gün Bakıda "Malakut Sigorta" Azərbaycan sığotra şirkəti tərəfindən təşkil olunmuş "Neft və qaz sahəsində risklərin sığortalanması" mövzusunda seminar öz işinə başlayıb.

Trend ə bildiriblər ki, seminara sığorta sahəsində aparıcı britaniyalı ekspert Devid Şarp dəvət olunub və o, məruzəsində açıq dənizdə neft-qaz hasilatı üçün platformaların tikintisinin sığortalanmasından söhbət açacaq.

O bildirib: "Mən adi standart polad dəniz hasiledici platformaların necə tikilməsindən danışmaq istəyirəm. Boru kəmərlərinin və hasilat üçün üzən sistemlərin tikintisi, neftin saxlanması və ötürülməsi ilə bağlı bəzi xarakterik detallar barədə danışacam".

Azərbaycan tərəfindən seminarda yerli sığorta şirkətləri nümayəndələri, "Azerenerji" SC, ARDNŞ, "Shirvan Oil", "Salyan Oil" iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti