...

USAID Azərbaycanda inflyasiyanın hesablanmasının alternativ metodologiyasının hazırlanması üzrə layihəni reallaşdırmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 15:01 (UTC +04:00)

Bu gün İqtisadi araşdırmalar mərkəzi ABŞ-ın Beynəlxalq inkişaf agentliyinin (USAID) maliyyələşdirdiyi, inflyasiyanın hesablanmasının alternativ metodologiyalarının işlənməsi layihəsi çərçivəsində araşdırmaların ilk nəticələrini açıqlayıb. Bu barədə Trend xəbər verir.

Mərkəzin sədri Qubad İbadoğlunun verdiyi xəbərə görə, aparılan araşdırmalara əsasən, ötən ilin dekabr ayı ilə müqayisədə 2007-ci ilin yanvar ayında istehlak qiymətlərinin indeksi Azərbaycanda 14,3% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 6,4%-ə çatıb.

Onun fikrincə, Dövlət Statistika Komitəsi ölkənin əmtəə dövriyyəsi və istehlak bazarının xidmətləri strukturunda xüsusi çəkisi yüksək olan iqtisadi bölgələri üzrə azaldılmış göstəricilərdən istifadə edir.

Məsələn, Abşeron rayonu üzrə orta göstəricilər 56,22%, Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə - 26,99%, Gəncə-Qazax iqtisadi rayonu üzrə - 9,91% (13,47%), Aran rayonu üzrə - 13,31% (30,44%) və s. təşkil edir.

USAID nümayəndəsi Fərid Baxşiyev bu layihənin reallaşdırılması zərurətini bunda görür ki, çox vaxt müxtəlif ekspertlərin və Dövlət Statistika Komitəsinin hesablamaları üst-üstə düşmür. Bununla bağlı USAID alternativ mexanizmin hazırlanması, Azərbaycan üçün ən münasib metodun aşkar edilməsi və alternativ inflyasiyanın hesablanması üçün metodların hazırlanması üçün inflyasiyanın hesablanmasının mövcud metodologiyasının qiymətləndirilməsinin aparılması üçün qərar qəbul edib.

Araşdırma qrupunun rəhbəri Vəfa Mütəllimova layihəni təqdim edərək bildirib ki, 2007-ci ilin yanvar ayında başlamış araşdırmalar ölkənin 9 iqtisadi bölgəsinin 22 şəhərində 57 000 qiymət əsasında keçirilib. Bu il iyun ayının sonuna qədər davam edəcək layihə çərçivəsində cəmi 300 000 qiymət öyrəniləcək. Onun bildirdiyi kimi, DB-nin qiymətləndirmələrinə görə, AİB tərəfindən illik inflyasiya 13-15% səviyyəsində proqnozlaşdırılır, ona görə də Dövlət Statistika Komitəsinin məlumatları etmad doğurmur.

O, Dövlət Statistika Komitəsinin dünya təcrübəsi ilə müqayisədə istehlak qiymətlərinin indeksinin hesablanması üçün istehlak səbətinin formalaşması üzrə yanaşmasını düzgün hesab etmir. Azərbaycanda ona mal və xidmətlərin 585 növü daxildir, yaxınlıqda yerləşən ölkələrdə isə - Gürcüstanda istehlak səbəti 311 növdən, Qırğızıstanda - 343, Ukraynada 270 növdən ibarətdir. İnkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da o, 200 növdən, Fransada - 161 növdən formalaşıb.

V.Mütəllimova güman edir ki, illərlə dəyişməyən qiymətləri istehlak səbətinə daxil etmək düzgün deyil, orada elastik qiymətə malik mallar olmalıdır.

Xəbər lenti

Xəbər lenti