...

Azərbaycanda lizinq layihələrinin sayı 685-ə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 16:12 (UTC +04:00)

1 yanvar 2007-ci il göstəricisinə əsasən, lizinq şirkətlərinin ümumi çantası ("Aqrolizinq" isitisna olmaqla) 685 əməliyyat üzrə 83 milyon manat təşkil edib. Azərbaycanda lizinq fəaliyyətinin inkişafına dəstək verən Beynəlxalq Maliyyə Korporasiyası (BMK) layihəsinin bu günkü məlumatına əsasən, hesabat dövrü ərzində fəaliyyətdə olan lizinq çantası - lizinq şirkətlərinin təmiz investisiyası 61,9 milyon manata çatıb. Fəaliyyətdə olan lizinq əməliyyatları 787 təşkil edib.

Bu hesablama 7 lizinq şirkətinin (Ata Lizinq, Azərilizinq, ILŞ Azərlizinq, AG Lizinq, Texnika Lizinq, Parex Lizinq və Uni Lizinq) təqdim etdiyi məlumatları əsasında tərtib olunub.

Bu günə qədər Azərbaycanda maliyyələşdirilmiş lizinq əməliyyatlarının həcmi 90 milyon manata çatıb. Potensial layihələrin ümumi dəyəri 11 milyon manatı keçib, sayı isə 33-dür. Layihənin tərkib hissəsi (90%) Abşeron iqtisadi zonasında mərkəzləşdirilib. Maliyyələşdirilmiş layihələrin nəticələrinə görə, 383 yeni iş yeri yaradılıb. Lizinq əməliyyatları üzrə illik faiz dərəcəsi 16-24% arasında tərəddüd edir, lizinqin müddəti bir ildən beş ilədək təşkil edir.

Lizinq çantasının böyük hissəsi (21%) tikinti sahəsinə düşür. 20%-nəqliyyat sahəsinə; 18% - istehsalat; 9% - istehlak lizinqi; 6% - maliyyə və sığorta, ticarət, toxuculuq sahəsi; 4,3% - mülki tikinti, 1% - kənd təsərrüfatı, telekommunikasiya; 2% - tibb, qida məhsulları; 5%-turizm və xidmətlər və s.

Məlumatda bildirilir ki, mövcud olan qanunvericilik narahat edən əsas problem lizinq predmetinə ƏDV-nin tətbiq olunmasıdır.

Bununla yanaşı, nəqliyyat vasitələrinin lizinqi ilə məşğul olan lizinq şirkətləri üçüncü şəxsin vətəndaş məsuliyyətinin sığortalanmasını tələb edir. Statistikaya əsasən, bütün hallarda lizinq obyekti müqavilənin vaxtı bitdikdən sonra təbii ki, qalıq dəyərini ödəməklə lizinq əldə edənin mülkiyyətinə təqdim olunur.

2003-cü ildə lizinqə tələbat potensialı 200 milyon dollar təşkil edib. Lizinq çantası 2,5 milyon dollar səviyyəsində olub. 2004-cü ildə - 239 milyonn dollar (10,5 milyon dollar), 2005-ci ildə 351 milyon dollar (24,5 milyon dollar).

Xəbər lenti

Xəbər lenti