...

Azərbaycanın "Turanbank" ı kredit xətti almaq üçün QDTİB - in tələblərini yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / " Turanbank " Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) kredit xətti açması barədə qərarını gözləyir. Bu barədə bankın idarə heyəti sədri Nazim Sadıxov bildirib. Onun sözlərinə görə, ilkin olaraq QDTİB-dən 3 mln. dollar təqdim edilməsi barədə razılıq əldə edilib.

QDTİB-in əsas şərti isə nizamnamə kapitalını 10 mln. dollara qədər çatdırmaq olub. N.Sadıxov hesab edir ki, fevralda səhmlərin emissiyalarının bağlanmasından sonra " Turanbank "ın nizamnamə kapitalı 9 mln. manata çatdırılıb ki, bu da irəli sürələn tələbə cavab verir. " Turanbank "ın məcmu kapitalı 11 mln. manat təşkil edir.

QDTİB-in kredit xətti ticarət əməliyyatlarının, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün təqdim edilir.

Xəbər lenti

Xəbər lenti