...

AİŞ və QTİB arasında memorandumun olmaması təşkilatların əməkdaşlığının qarşısını almır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2007 14:13 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/"Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) SC Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) ilə mümkün kreditləşdirmənin nəzərdən keçirilməsi üçün banka layihələrin təqdim olunması haqqında razılıq əldə edib. Bu barədə AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

Onun sözlərinə görə, bu cür əməkdaşlıq AİŞ və QTİB arasında memorandumun hələ də imzalanmamasına baxmayaraq nəzərdə tutulub. Bank Azərbaycan layihələrinin maliyyələşdirilməsində iştirak etmək üçün marağını bildirib.

Artıq kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində layihələrlə bağlı işlər aparılır. Bu layihələrə QTİB kreditlərinin cəlb olunması imkanı nəzərdən keçirilir. Qara dəniz bankı maliyyələşdirmə üçün çərçivə müəyyən etməyib. Çünki orta ölçülü layihələr seçilir, buna görə də bankın vəsaitlərinin cəlb olunmasında problem olmamalıdır. İlk dəfə investisiya şirktəi analoji birgə maliyyələşdirmə sxemini Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə layihələrdə istifadə edir. O cümlədən, onların birgə iştirakı MilkPRO süd məhsulları və Garadagh Cement sement məhsullarının istehsal layihələrində də nəzərdə tutulub. Hər iki şirkətdə AYİB səhmdar kimi çıxış edir və AİŞ 20-25% səviyyəsində səhmlər paketi əldə etməyi planlaşdırır.

AİŞ Azərbaycan prezidentinin göstərişi ilə 2006-cı ilin martın 30-da yaradılıb. Onun nizamnamə kapitalı 90 milyon manat təşkil edir. AİŞ-in bir layihədə və ya onun törəmə strukturunda maksimal iştirak limiti onun kapitalından 20% ölçüdə müəyyən edilib. Bu gün bu limit 18 milyon manat təşkil edir, lakin AİŞ kapitalının artımı ilə bağlı dəyişəcək.

AİŞ kapitalından hər hansı bir sahəyə 35%-ə qədər (31,5 milyon manat) investisiya ayrıla bilər.

Xəbər lenti

Xəbər lenti