...

Gəncədə iki yeni marşrut xətti açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə Yeni İstifadəyə verilən "Nəhəng Daş" Yarmarkası istiqamətində 2 yeni marşrut xətti açılıb. Bu barədə Gəncə şəhər 1 saylı Nəqiliyyat Departamentinin sədri Şəmistan Nağıyev məlumat verib. Müsahibin sözlərinə görə, yeni açılan marşurut xətlər 30 və 30A-dır. Bu nəqiliyyat vasitələri şəhərin Bağmanlar məhəlləsi, Qırmızıkənd qəsəbəsi, Kardioloji Dispanser, Təcili Tibbi Yardım Xəstəxanası, "Nəhəng Daş" və "Gəncə Bazarı" Ticarət Mərkəzi istiqamətində hərəkət edəcək. İdarə rəisi bildirdi ki, yeni marşrut xətlərinin hərəkət uzunluğu 28 km-ə çatır. Marşrutlar arasında məsafə intervalı 5-6 dəqiqə arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti