...

Yeni Bakı-Sankt Peterburq-Bakı reysi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərbaycan Hava Yolları" martın 25-dən etibarən Bakı-Sankt Peterburq-Bakı istiqaməti üzrə yeni uçuşlara başlayacaq. Bu barədə məlumatı AZAL Dövlət Konsernindən veriblər.

Uçuşlar razılaşmaya müvafiq olaraq, həftənin çərşənbə və bazar günləri Airbus-319 təyyarələri ilə həyata keçiriləcək. Bakı-Sankt Peterburq-Bakı reysinə biletin qiyməti 450$ olacaq. Uçuşlar "Pulkovo" hava limanına həyata keçiriləcək.

Bakıdan uçuş vaxtı saat 10:50, enmə Moskva saatı ilə 13:30. Sankt Peterburqdan uçuş 15:30 (Moskva vaxtı ilə), enmə yerli vaxtla 19:55.

Xəbər lenti

Xəbər lenti