...

Cənubi Koreya Azərbaycana dəmir yolu və liman infrastrukturunun inkişafında yardım edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 16:23 (UTC +04:00)

Azərbaycan,Bakı// Trend /Cənubi Koreya dəmir yolu və liman infrastrukturunun inkişafı üçün Azərbaycana texnologiyalar təqdim edəcək. Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat verir. Bu layihələr aprelin 23-də Seulda Azərbaycan prezidenti İlham Əliyevin Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində imzalanmış qarşılıqlı anlaşma barədə memorandumda nəzərdə tutulub.

Cənubi Koreyanın Tikinti və Daşınmalar Nazirliyindən məlumat verilib ki, memorandumun əsas məqsədi energetika ticarəti və tikinti sahəsində ikitərəfli münasibətlərin gücləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti