...

Ekspertlər aprel ayında Bakıda azotaqlı mənzillərin təklifində defisit olduğunu bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Aprel ayında azotaqlı mənzillərin (1-2 otaq) qiyməti 3-4 otaqlı mənzillərin qiymətindən 8% baha olub. Bu barədə cümə axşamı "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyinin icraçı direktortu Nüsrət İbrahimov bildirib.

İbrahimovun sözlərinə görə, bunun səbəbi orta gəlirli əhalinin daha çox aldığı azotaqlı mənzillərin bazarda az olması ilə bağlıdır.

"Caspian Property" qiymətqoyma şirkətinin marketinq üzrə meneceri Elnur Əsəsdovun bildirdiyinə görə, azotaqlı mənzillərə olan defisitlə bağlı olaraq, 1-2 otaqlı mənzillərin təklifi sıfıra bərabərdir ki, bu da ipoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq alıcılıq qabiliyyətinin artması ilə bağlıdır.

"Azeri-REI" indeksi (daşınmaz əmlaka olan qiymət) yanvarda 2,35, fevralda 14, martda isə 1,7 faiz artıb.

Xəbər lenti

Xəbər lenti