...

Dolphin Leasing nümayəndələri AzeriLeasing-ə daxil olmaq üçün təsis sənədlərinin hazırlanması üçün Azərbaycana gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Britaniyanın Dolphin Leasing şirkətinin Azərbaycan Beynəlxaq Bankı qrupuna daxil olan AzeriLeasing-ə daxil olması ilə bağlı təsis sənədlərinin tam hazırlanması üçün şirkətin nümayəndələri Bakıya gəlib. Bu barədə çərşənbə axşamı ABB-nin idarə heyətinin sədr müavini Vaqif Əkbərov bildirib. Onun sözlərinə görə, onların sənədləri tam hazırlandıqdan sonra bu günlərdə lizinq şirkətinin yenidən qeydiyyatdan keçməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinə veriləcək. Dolphin Leasing şirkəti AzeriLeasing-də 50 faiz pay alıb, bu, ABB-nin hesabından ixtisar olunub.

AzeriLeasing ABB müəssisəsidir və Dolphin-ə qədər 90 faiz paya malik idi. Yerdə qalan 10 faiz isə ABB-nin kommunikasiya şirkıti - "Biznes-rabitə"yə məxsusdur.

V.Əkbərovun sözlərinə görə, yeni təsisçi daxil olduqdan sonra AzeriLeasing-in Nizamnamə Kapitalının əvvəlki 800 min dollara qarşılıq 3 mln. dollara qədər artırılması planlaşdırılır. Bu artım hər bir təsisçinin sahib olduğu paya müvafiq olaraq bütün təsisçşilərin iştirakı ilə aparılacaq.

Xəbər lenti

Xəbər lenti