...

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Koreyaya yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 18:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Cənubi Koreyanın Ərzaq Tədqiqatları İnstitutu (Korea Food Research Institute (KFRI)) ilə qarşılıqlı anlaşma barədə memorandum çərçivəsində Cənubi Koreyaya yola düşüb. Bu barədə çərşənbə günü nazirlikdən məlumat verilib.

Səfər Seulda aprelin 28-dək davam edəcək və əsasən tanışlıq xarakteri daşıyır.

Nazirlikdən bildirilib ki, tərəflər kənd təsərrüfatı bitkilərinin yığımdan sonra saxlama müddətinin uzadılması üzrə elmi-tədqiqat işlərinin aparılması niyyətinə malikdir.

Azərbaycan bu işləri üç bitki - üzüm, alma və pomidor üçün reallaşdırmağı təklif edir.

"Səfər zamanı layihənin hazırlanması və hələ də müəyyən olunmamış maliyyə mənbələri ilə əlaqədar bir çox incəliklərə aydınlıq gətiriləcək" - deyə Kənd Təsərrüfatı Nazirliyndən bildirilib.

Layihənin reallaşdırılması üçün maliyyəinin Koreya hökuməti tərəfindən təqdim olunması istisna olunmur.

Xəbər lenti

Xəbər lenti