...

Azərbaycan və Belarus banklararası əməkdaşlıq üzrə hökumətlərarası saziş imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 18:44 (UTC +04:00)
Azərbaycan və Belarus banklararası əməkdaşlıq üzrə hökumətlərarası saziş imzalayacaq

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Mayın 2-dən etibarən Azərbaycana Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi səfəri başlayır. Çərşənbə axşamı Azərbaycanın Naizrlər Kabinetindən verilən məlumata əsasən, iki ölkənin ekspert qrupları Belarus dövlət başçısının iki günlük səfəri çərçivəsində imzalanması planlaşdırılan hökumətlərarası sənədəlr üzərində işi davam etdirir.

Bu günə doqquz sənəddən altısı razılaşdırılıb. Onlardan biri siyasi sənəd - Azərbaycan və Belarus arasında dostluq və əməkdaşlıq müqaviləsidir. Qalan altı sənəd isə iqtisadiyyat profillidir - karantin, baytarlıq, standartlaşdırma, banklararası əməkdaşlıq, əmlak sahəsində əməkdaşlıq və Azərbaycan vətəndaşlırının Belarusda və Belarus vətəndaşlarının Azərbaycanda əmək fəaliyyəti və sosial müdafiəsi barədə sazişdir.

Hazırda tərəflər arasında müqavilə-hüquqi baza 50 hökumətlərarası saziş və müqavilədən ibarətdir. Bunların əksər hissəsi iqtisadi sahəni əhatə edir.

Səfər çərçivəsində mayın 2-də Belarus məhsullarının milli sərgisi keçiriləcək.

Beş il ərzində Azərbaycan və Belarus arasında mal dövriyyəsinin səviyyəsi və 2006-cı ilin ümumi yekunu 37 mln. dollar təşkil edib.

İkitərəfli iqtisadi qarşılıqlı münasibətlərdə əsas istiqamət BM-lərin yaradılması və fəaliyyyəti üçün əlverişli şərtlərin yaradılması üzrə işdir. Hazırda Azərbaycanda Belarus tərəfinin iştirakı olan 12 firma və müəssisə qeydiyyatdan keçib. "Bakı fəhləsi" maşınqayırma zavodu və Belarusun "MZKT" müəssisəsi arasında neft və qaz quyularının qazılması üçün mobil qazma qurğularının birgə istehsalı üzrə əməkdaşlıq həyata keçirilir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən təsərrüfat subyektlərinin ixrac-idxal əməliyyatlarının kreditləşdirilməsi məqsədilə müvafiq hesabat hesabı açılıb. Bununla yanaşı, ABB və "Belpromstroybank" arasında uzunmüddətli və qarşılıqlı gəlirli əlaqələrin qurulması üçün işlər aparılır.

Xəbər lenti

Xəbər lenti